Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) məlumatına görə, vərəmdən ölənlərin sayı artmaqdadır. Çünki xəstəlik 2021-ci ildə COVID-19-dan sonra dünyanın ən ölümcül yoluxucu xəstəliyi kimi qeydə alınıb və 1,6 milyon insan dünyasını dəyişib.
Vərəm hava-damcı yolu ilə yoluxan infeksiyadır, ağciyərlər, sümüklər, gözlər və dəri kimi bütün toxuma və orqanlara təsir göstərir. Elmi araşdırmalar sayəsində onu müalicə etmək mümkün olsa da, vərəm hər il dünyada ciddi sayda insan sayı azaltmaqda davam edir.
Ümumdünya Səhiyyə Təşkilatının məlumatına görə, 2021-ci ildə dünya miqyasında 10,6 milyon insan, o cümlədən 1,2 milyon uşaq bu xəstəliyə yoluxub və 1,6 milyon insan dünyasını dəyişib.
Hər il martın 24-də Ümumdünya Vərəmlə Mübarizə Günü bütün dünyada qarşısı alına bilən və müalicə oluna bilən xəstəliklər haqqında ictimaiyyətin məlumatlılığını artırmaq üçün qeyd olunur.
ÜST-ün Qlobal Vərəm Proqramının direktoru Tereza Kasayeva dedi ki, 2023-cü il xəstəliyə son qoyan gündəliyi irəliyə aparmaq üçün kritik bir ildir, çünki görmə qabiliyyətini artırmaq, siyasi öhdəlikləri artırmaq və vərəmlə mübarizə üçün investisiyaları artırmaq üçün bir sıra yüksək səviyyəli imkanlar mövcuddur.
"2023-cü il Ümumdünya Vərəmlə Mübarizə Gününün mövzusu "Bəli! Biz Vərəmə son qoya bilərik!" şüarıdır”, - deyə Kasayeva videomüraciətində bildirib.
Onun sözlərinə görə, vərəmlə mübarizə üzrə qlobal səylərə baxmayaraq, hər gün təxminən 4400 insan həyatını itirir, 30000-ə yaxın insan isə xəstələnir, amma vərəmlə mübarizə üzrə qlobal səylər 2000-ci ildən bəri təxminən 74 milyon insanın həyatını xilas edib".
Yetərsiz qidalanmadan əziyyət çəkən insanlar digərləri ilə müqayisədə üçqat risklə üzləşirlər. 2021-ci ildə təxminən 2,2 milyon yoluxmanın qidalanmadan qaynaqlandığı təxmin edilir.
Xəstəlikdən ölüm hallarının 80%-dən çoxu aşağı və orta gəlirli ölkələrdə baş verir.
Dünyanın hər bölgəsində müşahidə olunsa da, Cənubi Asiya 2021-ci ildə vərəmin ən çox yayıldığı regionlar arasında ön sıralardadır. ÜST-ün hesabatına görə, 2021-ci ildə xəstələrin 46%-i Cənubi Asiyada, 23%-i isə Afrikada qeydə alınıb.
Ümumdünya Səhiyyə Təşkilatının hesabatında 2020-ci ildə dünya üzrə vərəmə yoluxma hallarının üçdə ikisinin səkkiz ölkədə - Hindistan, İndoneziya, Çin, Filippin, Pakistan, Nigeriya, Banqladeş və Konqo Demokratik Respublikasında qeydə alındığı vurğulanıb.
ÜST 1993-cü ildə vərəmi "qlobal fövqəladə vəziyyət" elan etdikdən sonra bütün dünyada xəstəliklə mübarizə üçün addımlar atıldı.
Birləşmiş Millətlər Təşkilatı 2030-cu ilə qədər xəstəliyə son qoymağı qarşısına məqsəd qoyub. Bundan əlavə, ÜST “Vərəmə son” strategiyasının bir hissəsi kimi Avropa Regionu 2023-2030-cu illər üçün Vərəmlə Mübarizə Planını həyata keçirmişdir.
Nubar Süleymanova, “İki sahil”