31 mart 2023 03:24
563

Məhşurlar da məhkum həyatı yaşayıblar

Tomas Mor

Tomas Mor məşhur ingilis hüquqşünası, yazıçı və dövlət xadimi olub. Mor “Utopiya adası”nın müəllifi və “utopiya” sözünün yaradıcısıdır. O, 1535-ci ildə Kral VIII Henrini Kilsənin Ali rəhbəri edəcək aktı qəbul etmədiyi üçün edam edilmişdi.

Uilyam Barrouz

Barrouz məşhur amerikalı roman yazarı, sosial tənqidçi, rəssam və şifahi söz ifaçısı idi. Onun əsərlərinin bir çoxu yarı avtobioqrafikdir. Ən tanınmış əsəri olan “Çılpaq Linç”ilə məşhurlaşan yazar 1951-ci ildə  sərxoş olan zaman həyat yoldaşını vuraraq öldürür. O, 13 il həbsdə qalır,lakin sonra  qardaşı vəkillərə rüşvət verərək onu azad edir.

Adolf Hitler

Adolf Hitler  ilk dəfə 1923-cü ildə hökumət əleyhinə təbliğat apardığına görə həbs olunmuşdu.  O, burada  komfortlu şəraitdə saxlanılırdı. Deyilənlərə görə, onun kamerasını digər məhbuslar yığışdırıb. Hitlerə, həmçinin istədiyi zaman  ziyarətçi qəbul etməyə icazə verilib. Həmin illərdə Hitler  "Mənim mübarizəm" adlı kitabını yazıb.

Fidel Kastro

Kuba lideri Fidel Kastronun da yolu həbsxanadan keçib. Kubada aktiv inqilabi hərəkatın iştirakçısı olan Kastro 1953-cü ilin 26 iyulunda San Dieqodaki Monkada kazarmasına hücum təşkil edib. Bununla da o, diktator Fulqeniko Batisti devirməyə çalışıb. Onun başçılıq etdiyi dəstə uduzsa da, Kastro kəndlərdən birində gizlənməyə nail olub. Onu orada 1 avqust tarixində aşkar ediblər. Məhkəməsində Kastro əminliklə bildirib ki, tarix onu haqlı çıxaracaq. Məhkəmə isə  onu 15 il müddətinə azadlıqdan məhrum etmə ilə cəzalandırıb. 4 il sonra  sonra amnistiya ilə azadlığa çıxan Fidel Kastro Kuba hakimiyyətini devirib.

Nelson Mandela

Nelson Mandela da qaradərililərin aktiv müdafiəçilərindən biri  kimi məhbusluq həyatını yaşamışdı.  O, 1961-ci idə qaradərililərin üsyanını təşkil edib. Buna görə 17 ay sonra saxlanılaraq həbs edilib və  onu 5 il müddətinə azadlıqdan məhrum edilib.

Lakin  onun həbs həyatı bununla yekunlaşmayıb. Mandela nə az, nə çox təxminən  27 il həbsdə yatıb. Bu müddət ərzində o, dünya şöhrəti qazana bilib və  onun ictimai çıxışları isə tarixə  çevrilib.

Uqo Çaves

Venesuelanın sabiq prezidenti Uqo Çaves də 1992-ci ildə etiraz əlaməti olaraq Karakas küçələrinə çıxırlar.  O , zamanlar onlar hakimiyyəti ələ keçirmək istəmədiklərini, sadəcə, onu yenidən qurmaq istədiklərini bəyan ediblər. Daha sonra  Uqo Çaves qətllər törətmək  istəmədiyi üçün hakimiyyətə təslim olur və  öz silahdaşlarını silahlarını yerə qoymağa çağırır. Beləliklə, o, bu üsyanın hazırlığı və təşkilatçılığı ilə bağlı bütün məsuliyyəti isə öz üzərinə götürür nəticədə Çaves və onun  tərəfdarları 2 il müddətinə azadlıqdan məhrum edilir.

Viktor Yanukoviç

Ukraynanın sabiq prezidenti Viktor  Yanukoviç də həbsə düşən məşhurlar sırasına daxildir.  İlk dəfə, 1970-ci ildə həbs edilərək  qarət, dələduzluq və zorlama əməllərinə görə  3 il müddətinə azadlıqdan məhrum edilmişdi.  

Migel de Servantes

Məşhur ispan yazıçısı və dramaturqu Servantesin şah əsəri olan “Don Kixot” bəziləri tərəfindən ilk müasir roman kimi qəbul edilir.

Maliyyə problemlərinə görə İspan Armadasında tədarükçülüklə məşğul olan Servantes daha sonra vergiyığan vəzifəsində işləyib. 1597-ci ildə son 3 illik hesabındakı ziddiyyətlərə görə həbs edilib.

Volter

Volter fransız maarifçilik dövrünün yazıçısı, esseisti və filosofu idi. O, intellekti, fəlsəfi mülahizələri, vətəndaş azadlıqlarını müdafiə etməsi ilə məşhur idi. Volter yaradıcılığı boyu demək olar ki, bütün janrlara müraciət etmiş, 20 000-dən çox məktubun və 2 mindən çox kitab və broşürün müəllifidir.

Volter əsərlərində hökumət və katolik kilsəsinə etdiyi hücumlara görə tez-tez bu qurumlarla problemlər yaşayırdı. Ədəbi fəaliyyəti Volterin bir neçə dəfə həbsə düşməsinə və sürgün olunmasına səbəb olmuşdu.

İosif Stalin

İosif Vissarionoviç Stalin  isə düz 6 dəfə həbsdə  yatıb. Amma bunlardan cəmi bir dəfəsi siyasi səbəblər ucbatından baş verib. Digər 5 həbsin səbəbi isə soyğunçuluq olub. Gənc ideoloq maddi vəsait əldə etmək üçün soyğun, oğurluq, talançılıqla məşğul olurdu. Stalin hətta Tiflisdə həmin vaxt üçün fantastik rəqəm sayılan 1,4 milyon rubl oğurlamaqla tarixdə "qabiliyyətli" oğru kimi məşhurlaşmışdı.  Deyilənlərə görə, Stalinin bandası Bakıda da bütün neft maqnatlarını qorxu altında saxlamağı bacarıb. Onun quldurluq  fəaliyyətinin pik nöqtəsi isə "İmperator Birinci Nikolay" adlı paroxoda hücumu olub.

Oskar Uayld

Oskar Uayld  irlandiyalı dramaturq, roman yazarı, şairi və qısa hekayələr müəllifidir. O, kəskin zəkasına görə, öz dövrünün ən uğurlu dramaturqlarından biri idi. Londonda yaşayıb yaradan Uayldın hər tamaşası bayrama çevrilirdi. O, bütün Britaniyanın sevimlisi idi. Məşhur yazar homoseksual idi. Londonlu bir gənc oğlanla münasibətlərinin aşkarlanmasından sonra, Uayld “əxlaqsızlıq” ittihamıyla 2 il həbsə məhkum olunmuşdu.Həbsə atılandan sonra isə arvadı və uşaqları onun familyasından imtina etmiş, bütün Britaniya ondan üz döndərmişdi. Azadlığa çıxdıqdan sonra isə o, Fransaya gedir. Xəstə olan Uayld Parisin ən ucuz mehmanxanalarından birində yoxsulluq içərisində yaşayır. Oxucuları tərəfindən unudulan yazıçı bu dərdə dözə bilmir və tezliklə vəfat edir.

O.Henri

O.Henri  amerikalı yazıçı Vilyam Sidni Porterin təxəllüsüdür. O, əsasən qısa hekayələrinə görə tanınır. O.Henri vəzifəsindən sui-istifadə edərək fırıldaqçılıq etməkdə, pul mənimsəməkdə ittiham edilmişdi. Qayınatası onu həbsdən azad etmək üçün girov pul qoysa da, məhkəməyə bir gün qalmış O.Henri Nyu Orleana, daha sonra isə Hondurasa qaçır. Arvadının ölüm ayağında olduğunu eşidən Porter 1897-ci ildə ölkəsinə qayıdır və təslim olur. O, 5 il həbs cəzasına məhkum edilir.

Samirə Tağıyeva, “İki sahil”