31 mart 2023 11:43
355

"Əbədi çəhrayı" 35 milyona satılacaq

Öz növünün ən qiymətli nadir çəhrayı almazı hesab edilən zərgərlik məhsulu hərraca qoyulub.

“İki sahil” xəbər verir ki, "Əbədi çəhrayı" adlı almaz Nyu Yorkdakı "Sotheby's" hərrac evi tərəfindən satışa qoyulacaq. Çəhrayı almazın 35 milyon dollardan çox qiymətə satılacağı gözlənilir. Zərgərlik məhsulunun gələn həftə Honq-Konqda, daha sonra Dubay, Sinqapur, Şanxay, Tayvan və Cenevrədə nümayiş etdiriləcək.

Qeyd edək ki, almaz 2019-cu ildə Cənubi Afrikadakı bir şirkət tərəfindən Botsvanadakı bir mədəndə aşkar edilib. Təxminən 10,57 əyyar ağırlığındadır və ultra nadir almaz hesab edilir.