01 aprel 2023 01:37
438

Bu əşyaların qiyməti dodaq uçuqladır

İnsanların çoxunu bahalı geyimlər, avtomobillər, daşınmaz əmlaklar maraqlandırır. Lakin bəzi əşyalara qoyulan qiymətlər cibinizə uyğun olmaya bilər.  Bəlkə ola da bilər?

Dünyanın ən bahalı çayı “ Diamond”un qiyməti təxminən 14 min dollardır. Bu   çay paketləri  piramida şəklindədir, hər iki tərəfində isə  100 ədəd 2,56 karatlıq brilyantlar mövcuddur.  Çay paketlərin içində  kifayət qədər  qiymətli daşlar da var. İpi isə  ağ qızıldan hazırlanıb.  

Ən bahalı ətirlərdən biri olan “Shumukh”u hazırlamaq  üç il çəkdi. İstehsalçılar iddia edirlər ki, onlar Yer kürəsinin ən nadir  bir çox inqrediyentdən istifadə etməklə xüsusi texnologiya ilə qeyri-adi bir ətir  yaradılıblar. Qızıldan hazırlanan  dəbdəbəli ətrin şüşəsi almaz, mirvari və digər dəyərli daşlar ilə bəzədilib.  3 litr həcmində olan şüşə qabın ümumi hündürlüyü 1,97 metrdir.  Hər yüksəklikdə istifadə edilə bilən avtomatik mexanizm sistemi ilə təchiz olunmuş ətir iki dəfə dünya rekordunu qırıb.  Birinci dəfə  şüşəsinin bəzəyindəki daş-qaşların sayına görə, həm də  uzaqdan idarə edilə bilən sprey formasında olduğu üçün. “Unisex” ətrini həm kişilər, həm də qadınlar istifadə edə bilər.

2014-cü ildə “Ginnesin Rekordlar Kitabı” na daxil olan və qiyməti  450 dollara satılan  pizzanın tərkibinə omarlar, qara treska balığı, nərə balığının kürüsü və kral krevetləri daxildir. Bu nadir kulinariya nümunəsini hazırlayan Nader Hataminin sözləinə görə, bu qəlyanaltı deyil, yüksək səviyyəli mətbəx nümunəsidir. N. Hatami, həmçinin əlavə edib ki, pizzanın qiymətinin yüksək olması onun tərkibində bahalı nadir məhsulların olması ilə əlaqədardır. Müəssisənin aşbazları  sifarişin 24 saat əvvəl qəbul etdiklərini  deyiblər.

“GV62711” adlı  qızıl tozsoranın qiyməti təxminən  1 milyon dollardır. Tozsoranın korpusu metaldan hazırlanıb və 24 karatlıq qızılla örtülmüşdür.  Çəkisi isə demək olar ki, 8 kiloqramdır.

6,3 milyon qiyməti olan “Baldacchino Supreme Bed” adlı çarpayı britaniyalı dizayner Stuart Hughes tərəfindən yaradılmışdır. Onun yığılması  təxminən üç ay çəkdi. Yataq ən yaxşı şabalıd və albalı növlərindən hazırlanmışdır. Onun bəzədilməsinə isə  107 kiloqrama yaxın 24 karatlıq qızıl, yüzlərlə qiymətli və yarımqiymətli daşlar istifadə olunub.

2020-ci ildə Honqkonqda yerləşən və dünyanın ən bahalı avtomobilləri üçün park yeri görünməmiş qiymətə -  1,3 milyon dollara  satıldı. Söhbət "Victoria Peak Upland"da yeni lüks yaşayış kompleksindəki park yerindən gedir. Bura adada milyarderlərin yerləşməyə üstünlük verdiyi ən prestijli ərazidir.

Alıcının adı isə  açıqlanmır.  Deyilənlərə görə,  Makao qumar maqnatı Stenli Honun keçmiş dördüncü arvadı Anjela Lian bu kompleksdə dörd mənzil aldıqdan sonra  bu parl yerinidə əldə edib.

Qeyd edək ki, Honqkonqda mənzil, ofis, pərakəndə satış və park yerlərinin astronomik qiymətə olmasını boş ərazinin çatışmazlığı və ərazinin dağlıq təbiəti ilə əlaqələndirirlər.

Meksika prezidentinə məxsus olan "Boing 787-8 Dreamliner” təyyarəsinin qiyməti təxminən  600 milyon dollardır.  Demək olar ki, "Boing 787-8 Dreamliner” son illərdə hazırlanan ən bahalı təyyarədir. Təyyarə saatda 1852 km sürətlə uça bilir.

“Diamond Crypto” mobil telefonu platin və qızıldan hazırlanıb və 100-dən çox brilyantla bəzədilib. Üst hissəsində 50 daş (10 mavi brilyant daxil olmaqla) var. Naviqasiya düyməsi   25 almazla,  paneli isə öz növbəsində   1 karatlıq brilyantlarla bəzədilib. 1,3 milyon dollar dəyərində olan bu telefon dünyanın ən dəyərli əşyaları sırasına daxildir.

Dünyada ən bahalı mehmanxanası Dubayda yerləşən Bürc Əl Ərəbdir. Burda ən sadə və ucuz nömrədə bir gecə qalmaq üçün 770 avro ödəmək tələb olunur. Buradakı kralsayağı otaqların  bir günlük qiyməti isə 7700 dollaradır

Artıq tarixə düşən  ən bahalı stadion Parisdən çox da uzaqda yerləşməyən “Stade de Franse” meydançasıdır. Burada 1998-ci ildə Fransa yığması futbol üzrə dünya çempionatının qalibi olmuşdu. Onun tikintisi 460 milyon avroya başa gəlmişdi.

2007-ci ildə  Tokioda keçirilən moda nümayişində“Ginza Tanaka” adlı  çanta təqdim edilmişdi. Bu sənət əsəri platindən hazırlanıb və ümumi çəkisi 208 karat olan 2182 brilyantla bəzədilib. Əl çantasının qiyməti isə 1.630.000 dollardır.

Dünyanın ən bahalı qol saatı "Graff Diamonds Hallucination" Lavrence Graff tərəfindən hazırlanıb. Bu dəyərli saatın  siferblatı kiçik olsa da,  110 karatlıq almaz bilərzik ilə əhatə olunub. Hazırda saatın qiyməti 61 milyon dollara yüksəlib. Dəyərli qol saatı yalnız  sifarişlə hazırlanır.

Ən bahalı tualet kağızı  Rusiyada  istehsal olan “Space” dir.  Dəyərli daşlar ilə bəzədilən tualet kağızının qiyməti  46 milyon dollara başa gəlir.

“Hermes” şirkəti tərəfindən satışa çıxarılan əl-üz dəsmalının  qiyməti 530 dollardır. Ölçüsü  91х152 olan bu dəsmal təmiz pambıqdan hazırlanır.

10 il ərzində “Sennheiser” şirkətinin mühəndisləri tərəfindən hazırlanan  “ Sennheise HE-1” qulaqcıqların qiyməti bir çoxlarını təəccübləndirib. Qeyd edək ki, bu qulaqcıqların qiyməti 59 000 dollardır.

Samirə Tağıyeva, “İki sahil”