01 aprel 2023 00:57
462

İşdə fasilələr nə üçün mütləqdir?

Yeni bir araşdırma 10 dəqiqəlik iş fasilələrinin əhvalı yaxşılaşdırmaq üçün nə qədər təsirli ola biləcəyini göstərir.

Hamımız bilirik ki, bəzən dəhlizdə həmkarlarla bir neçə ifadə mübadiləsi etmək nə qədər gözəldir. Məlum olub ki, işlə bağlı olmayan bu cür qısa söhbətlər işdə “rifahı” əhəmiyyətli dərəcədə yaxşılaşdıra bilər.

Müəlliflər müxtəlif fəaliyyət növlərini nəzərdən keçiriblər. Tapşırıqları yerinə yetirdikdən sonra iştirakçılara 10 dəqiqəlik fasilə veriblər. Bu müddət ərzində iştirakçılar uzanma, gəzinti, video izləmə və ya sadəcə istirahət kimi müxtəlif fəaliyyətlər edə biliblər.

Mikrofasilə bəzən həmkarına kömək etmək və ya başqa bir işlə bağlı tapşırıq kimi fəaliyyətləri də əhatə edirdi.

Fərqli nəticələri təhlil etdikdən sonra tədqiqatçılar müəyyən ediblər ki, fasilənin faydalarını qiymətləndirərkən istirahət zamanı məşğul olunmuş fəaliyyət mühüm amildir.

İştirakçılar fiziki aktiv fasilələri xüsusilə faydalı hesab edirlər. Müəlliflər, həmçinin qeyd ediblər ki, dartınma və məşq kimi fəaliyyətlər müsbət emosiyaların artması və yorğunluğun azalması ilə əlaqələndirilir.

Alimlər qeyd edirlər ki, mikrofasilələr iş yerindəki rifahımızı yaxşılaşdırır və yorğunluğu azaldır. Lakin bunun iş məhsuldarlığını artırdığına dair kifayət qədər sübut tapılmayıb.

Nubar Süleymanova, “İki sahil”