24 yanvar 2018 01:30
1969

Nadir tapılan yarış maşını 5 milyon dollara satıldı

"Bonhams" hərrac evində rekord qiymətə yarış avtomobili satılıb.

Satışa çıxarılan "Porsche 550A" modelinə 5.170.000 dollar ödənilib. Avtomobil 1958-ci ilin istehsalıdır.

Hərraca çıxarılan avtomobil əvvəlcə istehsalçı zavodun yarış komandasına məxsus olub. Avtomobil "1000 km Nyurburqrinq" yarışında qalib gəlib və "Le-Man 24 saat" yarışında da ikinci yeri tutub. Bundan başqa avtomobil 10 dəfə "Mille Miglia Storica" raritet yarış avtomobillərinin yarışında iştirak edib.

"Porsche 550A" avtomobili 1.5 litr həcmli, 4 silindrli iki karbüratorlu mühərriklə təchiz edilib. Aqreqat 137 at gücü hasil edir. Sürətlər qutusu 4 pilləlidir.

Zavod cəmi 40 ədəd "Porsche 550A" modeli istehsal edib.