27 aprel 2024 17:05
239

Gürcüstanın Azərbaycandan kauçuk alışı tarixi maksimuma çatıb

Bu ilin I rübündə Gürcüstan Azərbaycandan 169 min ABŞ dolları dəyərində kauçuk və kauçuk məmulatları idxal edib.

Bu, ən azı son 15 ilin ən yüksək göstəricisidir və 2023-cü ilin eyni dövrünə nisbətən 3 dəfə çoxdur.

Hesabat dövründə Gürcüstan xarici ölkələrdən 33 milyon ABŞ dolları dəyərində kauçuk və kauçuk məmulatları alıb ki, bu da bir il əvvəlki göstəricidən 18 % çoxdur. O cümlədən, Gürcüstan Çindən 8,8 milyon ABŞ dolları, Türkiyədən 6 milyon ABŞ dolları, Rumıniyadan 3,6 milyon ABŞ dolları, Yaponiyadan 2,2 milyon ABŞ dolları, Almaniyadan isə 2,1 milyon ABŞ dolları dəyərində məhsul idxal edib.

Xatırladaq ki, 2023-cü ildə Gürcüstan xaricdən 156 milyon ABŞ dolları dəyərində kauçuk və kauçuk məmulatları alıb ki, bunun da 204 min ABŞ dolları Azərbaycanın payına düşüb.

“Report”