01 may 2024 10:24
235

Ötən gün Azərbaycanda 11 kiloqram narkotik tapılıb

Polis əməkdaşları ötən gün ölkə ərazisində 11 kiloqram narkotik aşkar ediblər.

Bu barədə “İki sahil"ə Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat xidmətindən məlumat verilib.

Bildirilib ki, qanunsuz dövriyyədən çıxarılan narkotik vasitənin 2,6 kiloqramdan artıq heroin, 5,8 kiloqramdan çox marixuana, 2,5 kiloqrama yaxın tiryək, həmçinin 86 ədəd metadon və ekstazi həbləri olub.