23 may 2024 15:52
196

Azərbaycan-İran dostluğunun rəmzi

Mayın 19-da Azərbaycan Prezidenti İlham Əliyevin və İran İslam Respublikası Prezidenti Seyid İbrahim Rəisinin iştirakı ilə Araz çayı üzərində inşa edilmiş “Xudafərin” hidroqovşağının və “Qız qalası” hidroqovşağının aşılışı həyata keçirildi.

Bu hadisə iki dövlət arasında xüsusi önəm daşıyan hadisədir. Qeyd edək suqovşaqlarının layihəsi hələ Sovet İttifaqı dövründə  1988 ci ildə SSRİ ilə İran İslam Respublikası arasında əldə olunmuş razılaşma əsasında inşa edilməli idi. 90-ci illərdə Ermənistanın Azətbaycana qarşı başladığı ərazi iddiası nəticəsində torpaqlarımız 30 il düşmən işğalı altına düşdü. İran  tərəfi tikintini birtərəfli aparmalı oldu.

Hidroqovşaq mövzusu Ümummilli Lider Heydər Əliyev tərəfindən  1994-cü ildə yenidən gündəmə gətirilmişdi. Beləki Heydər Əliyevin 1994-cü ilin 28 iyun -2 iyul tarixlərində İrana beş günlük  rəsmi səfəri zamanı layihənin həyata keçirilməsi haqqında memorandum imzalanmışdır. 2016-cı ilin fevralında  isə Azərbaycan Respublikası və İran İslam Respublikası  Hökümətləri arası Araz çayı üzrərində “Xudafərin” və “Qız Qalası” su qövşaqlarının və su elektrik stansiyalarının tikintisinin davam etdirilməsi, istismarı, energetika və su ehtiyatlarından istifadə haqqında  Saziş imzalanıb.

Lakin bunun  həyata keçirilməsi 2020-ci ildə baş vermiş Vətən Müharibəsi nəticəsində rəşadətli Azərbaycan ordusunun Müzəffər Ali Baş komandan İlham Əliyevin rəhbərliyi ilə torpaqlarımızı azad etməsindən sonra baş verdi. Azərbaycanın ərazi bütövlüyü və suverenliyi bərpa olundu. Azərbaycan İranla beynəlxalq səviyyədə tanınan bütün sərhədlərini nəzarətə götürdü. Beləliklə “Xudafərin” və “Qız Qalası” hidroqovşaqlarında yarım qalan tikintinin uğurla başa çatdırılması üçün əlverişli şərait yaradıldı.

Rəsmi məlumatlara görə Azərbaycan tərəfi üçün qoyuluş gücü 100MVt olan “Xudafərin” və 40 MVt olan “Qız Qalası” su elektrik stansiyaları və hidroqovşaqların istismara verilməsi nəticəsində illik 358 milyon k Vt-st elektrik enerjisi istehsalı mövcud 252 min hektar torpaq sahəsi üzrə suvarmanın yaxşılaşdırılması və 12 min hektar yeni əkin sahələrinin suvarılması təmin ediləcək. Layihə həmçinin İran ərazisində 70 min hektar kənd təsərrüfatı sahəsini su ilə təmin edəcək.

Azərbaycan Respublikası prezidenti Cənab İlham Əliyev öz təbrik nitqində bu haqda belə deyir: Bu  gözəl layihə xalqlarımızın rifahını yaxşılaşdıracaq və iş yerlərini artıracaq. Beləliklə uğura doğru növbəti addım olacaq. Əminəm ki, gələcəkdə buna oxşar layihələrin sayı çox olacaq.

Onu da qeyd edim ki, hazırki dövrdə bu hadisə iqtisadi önəm daşımaqla yanaşı böyük siyasi əhəmiyyətə də malikdir. Bu Azərbaycanin uğurlarına kölgə salmaq istəyən bəzi dövlətlərə o cümlədən bədnam qonşularımıza layiqli cavabdır. Prezident İlham Əliyev bildirir: “ Bunun özü əlamətdar bir hadisədir ki,iki xalq iki dövlət arasında çox mühüm böyük layihələr həyata keçirilə bilər. Ola bilsin ki,bəziləri bizim bu görüşlərimizi və birgə uğurlarımızı bəyənməsinlər. Bunlar bizim üçün əhəmiyyət  kəsb etmir.  Əsas odur ki ölkələrimiz dövlətlərimiz və xalqlarımız üçün nə xeyirlidirsə biz onu birgə həyata keçirdik. ”

Prezident İlham Əliyev iki ölkənin prezidentinin görüşünü İran- Azərbaycan əlaqələrinin tarixində gözəl parlaq səhifə kimi qalacağını  xüsusi qeyd edib.

“Çunki bu gün açılışını edəcəyimiz layihə həm texniki nöqteyi-nəzərdən cox önəmlidir, eyni zamanda iki xalqı iki dövləti daha sıx birləşdirəcək. Xalqlarımızın birgə uğuru təbii ki dostlarımızı sevindirir, bunu bəyənməyənlər isə hesab edirəm ki öz işləri ilə məşğul olsalar daha yaxşı olar. Əsas odur ki, İran və Azərbaycan dövlətləri bu gün çox böyük siyasi iradə göstərir. Öz xalqlarına və bütün dünyaya açıq bəyan edrlər ki biz birlikdəyik və bundan sonra da birlikdə olacağıq. ”

Bu hadisənin özü bir daha dünyaya bəyan etdi ki, Azərbaycan regionun lider dövlətidir. Dünya Azərbaycan reallığını qəbul edir.

Zibaxanım Cəfərli,
YAP Xətai rayon təşkilatının "Məshəti 3" ünvanı üzrə ərazi partiya təşkilatinin sədr müavini