19 oktyabr 2024 23:23
260

Karateçimiz Belarusda keçirilən beynəlxalq turnirin qalibi olub

Azərbaycanın karateçisi Asiman Qurbanlı "Belarus Open 2024"ün qalibi olub.

Karate Federasiyasından “İki sahil”ə verilən məlumata görə, 84 kq dərəcəsində mübarizə aparan yığma üzvü beynəlxalq karate turnirində bütün rəqiblərinə qalib gələrək fəxri kürsünün ən yüksək pilləsinə qalxıb.

Qeyd edək ki, Belarusun paytaxtı Minskdə təşkil olunan yarış oktyabrın 20-nə qədər davam edəcək. İdmançının şəxsi məşqçisi Seymur Xudaverdiyevdir.