03 noyabr 2024 11:30
180

İranda 4,8 bal gücündə zəlzələ baş verib

İranın Simnan əyalətində 4,8 bal gücündə zəlzələ baş verib.

“İki sahil” xəbər verir ki, İran Milli Seysmologiya Mərkəzinin məlumatına görə, episentri Simnan əyalətinin Germser rayonunda olan 5,6 bal gücündə zəlzələ yerli vaxtla saat 05.16-da qeydə alınıb.

Paytaxt Tehranda da hiss edilən zəlzələnin 11 kilometr dərinlikdə baş verdiyi bildirilib.

Dağıntı barədə məlumat yoxdur.

Məhərrəm Ağalaroğlu, “İki sahil”