03 noyabr 2024 17:17
173

Yaponiyada beş gün əvvəl işə salınan AES bağlanacaq

Yaponiyada operator “Tohoku Electric Power”, oktyabrın 29-da yenidən işə salınan Miyaqi prefekturasındakı “Onaqava” Atom Elektrik Stansiyasının ikinci enerji blokunu bağlamaq qərarına gəlib.

“İki sahil” xəbər verir ki, stansiya noyabrın 3-də elektrik enerjisinin istehsalına başlamağı planlaşdırsa da, avadanlıqlarda problem yarandığından prosesə heç vaxt start verilməyib. Nəticədə güc bloku əlavə yoxlama üçün bağlanacaq.

İkinci Onaqava reaktoru, fövqəladə vəziyyətdə olan Fukusima-1 Atom Elektrik Stansiyasının enerji blokları kimi, qaynar su tiplidir. Bu, Yaponiyada 2011-ci ildən bəri ilk dəfədir ki, bu tip reaktor yenidən işə salınır.