03 noyabr 2024 20:42
171

Qəzzada ölənlərin sayı 43,3 mini ötüb

2023-cü il oktyabrın 7-də Fələstin-İsrail münaqişəsinin yeni mərhələsi başlayandan bəri Qəzza zolağında ölənlərin sayı 43 341 nəfərə çatıb.

“İki sahil” xəbər verir ki, bu barədə Fələstin Səhiyyə Nazirliyi məlumat yayıb.

Bildirilib ki, daha 102 105 nəfər xəsarət alıb.

Səhiyyə Nazirliyinin məlumatına görə, təkcə son 24 saat ərzində Qəzza zolağında azı 27 nəfər ölüb, 86 nəfər yaralanıb.