04 noyabr 2024 00:40
159

İranın cənub-şərqində zəlzələ olub

İranın cənub-şərqində yerləşən Kirman ostanında 4,2 maqnitudalı zəlzələ olub.

“İki sahil” xəbər verir ki, bu barədə ABŞ-nin Geoloji Xidməti bildirib.

Xidmətin verilənlərinə əsasən, seysmoloji hadisənin ocağı 10 km dərinlikdə yerləşib. Yeraltı təkanların episentri bölgənin Bərdsir şəhərindən 26 km cənub-qərbdə yerləşib. Zəlzələ yerli vaxtla 21:28-də (Bakı vaxtı ilə 21:58-də) qeydə alınıb.

Xatırladaq ki, noyabrın 3-də İranda baş vermiş güclü zəlzələdə doqquz nəfər yaralanmışdı.

Daha əvvəl ABŞ-nin, Ficinin, həmçinin Rusiyanın sahillərində zəlzələlər qeydə alınmışdı.