04 noyabr 2024 02:05
186

Pezeşkian: Atəşkəs İranın cavab zərbəsi barədə qərarına təsir edə bilər

İsrailin Qəzza və Livanda atəşkəsə razılıq verməsi İranın oktyabrın 26 oktyabr hücumundan sonra yəhudi dövlətinə qarşı cavab tədbirləri barədə qərarına təsir edə bilər.

“İki sahil” IRNA agentliyinə istinadən xəbər verir ki, bunu İran prezidenti Məsud Pezeşkian bildirib.

Onun sözlərinə görə, İsrail "yaxşı bilir" ki, İrana qarşı səhv etdikləri təqdirdə "darmadağın edici cavab alacaqlar".

"Yalnız onların öz davranışlarını yenidən nəzərdən keçirməsi, atəşkəsə və regionda günahsız insanların öldürülməsinə razılıq verməsi bizim necə və hansı güclə cavab verəcəyimizə təsir edə bilər", - deyə Pezeşkian vurğulayıb.

Xatırladaq ki, oktyabrın 26-da gecə İsrail 1 oktyabr tarixli kütləvi hücuma cavab olaraq İranın hərbi obyektlərinə zərbələr endirib. İsrail Müdafiə Ordusu İranın müəssisələrinə, o cümlədən raket istehsalı və HHM sistemləri obyektlərinə zərbələr endirdiyini açıqlayıb.