04 noyabr 2024 08:18
139

İran İsrailin zərbəsinə cavab olaraq nizami ordunu cəlb edə bilər

İran İsrailə qarşı cavab zərbəsinin miqyasını artıra bilər ki, bu dəfə təkcə İslam İnqilabı Keşikçiləri Korpusu (Sepah, elit qüvvələr) deyil, həm də nizami ordu iştirak edəcək.

“İki sahil” xəbər verir ki, bunu “The Wall Street Journal” (WSJ) qəzeti mənbələrə istinadən iddia edib.

Mənbələrə görə, Tehran bu qərarı son İsrail zərbələri nəticəsində İran hərbçiləri və mülki şəxslər arasında itkilər olduğunu nəzərə alaraq qəbul edib.

Lakin nəşr qeyd edib ki, İslam Respublikasının reaksiyası regionda qoşunların yerləşdirilməsini nəzərdə tutmayacaq.

Xatırladaq ki, oktyabrın 26-na keçən gecə İsrail 1 oktyabr tarixli kütləvi hücuma cavab olaraq İranın hərbi obyektlərinə zərbələr endirib. İsrail Müdafiə Ordusu raket istehsalı müəssisələri və hava hücumundan müdafiə sistemləri də daxil olmaqla İran müəssisələrinə zərbələr endirdiyini bildirib.