04 noyabr 2024 09:22
143

Sincab ABŞ-də seçki kampaniyasının simvoluna çevrildi

ABŞ-nin Nyu-York ştatında "Araxis" adlı əhliləşdirilmiş sincab quduzluğun qarşısını almaq üçün sahibindən alınıb və evtanaziya edilib ki, bu da respublikaçıların hiddətinə səbəb olub.

“İki sahil” xəbər verir ki, bu barədə NEWS.ru məlumat yayıb.

Məlumata görə, respublikaçılar bu məsələni siyasi müstəviyə çıxarıblar. Məsələn, Donald Trampın oğlu atasının əleyhdarlarını ABŞ-yə qanunsuz miqrasiya ilə mübarizə aparmaq əvəzinə ev heyvanlarının məhvi ilə məşğul olmaqda ittiham edib.

"Ola bilsin ki, "Araxis"in öldürülməsi hökumətimizin prioritetlərində real dəyişikliklərin katalizatoruna çevriləcək", - kiçik Donald Tramp sosial şəbəkədə yazıb.

Qeyd edək ki, ABŞ sakini bir neçə il əvvəl anasını itirmiş sincab balasını himayəyə götürüb və o, tezliklə sosial şəbəkələrin ulduzuna çevrilib. Lakin qonşular evdə vəhşi heyvan saxlanıldığından şikayətləniblər və bu səbəbdən də müvafiq qurumlar müdaxilə etmək qərarına gəliblər.

"Səlahiyyətini aşan dövlət yazıq dələni qaçırıb edam etdi", - milyarder İlon Mask hadisəni "X" sosial şəbəkəsində belə şərh edib.

Nəticədə, sincab fiquru praktiki olaraq Trampın seçki kampaniyasının simvoluna çevrilib.