04 noyabr 2024 11:07
132

Boliviyada etirazlar zamanı 91 polis yaralanıb

Boliviyada hökumət əleyhinə etirazlar zamanı 91 polis əməkdaşı yaralanıb.

“İki sahil” “Kommersant”a istinadla xəbər verir ki, bunu Boliviya Daxili İşlər Nazirliyinin rəhbəri Eduardo del Kastillo bildirib.

Oktyabrın ortalarından keçmiş prezident Evo Moralesin tərəfdarları hazırkı dövlət başçısı Lui Arsenin istefasını tələb edərək əsas magistralları bağlayırlar.

Yerli “Eldeber” nəşri Kastilloya istinadla yazır ki, yolların açılması üçün keçirilən bir əməliyyat nəticəsində 44 hüquq-mühafizə orqanı əməkdaşı yaralanıb. Nazir polis və hərbçilərin etirazları dağıtmaq üçün işini uğurlu adlandırıb, çünki magistral yolların müəyyən hissələri odlu silahdan istifadə olunmadan təmizlənib.

Noyabrın 1-dən Boliviya polisi ölkə daxilində magistral yolların bağlanması əməliyyatlarında iştirak edən asayiş keşikçilərinin sayını 2 minə çatdırıb. Evo Morales tərəfdarları 21 gündür ki, onların qarşısını kəsir, prezident Luis Arsenin istefasını və eks-prezidentə qarşı cinayət işinə xitam verilməsini tələb edirlər. Ən çox etirazçı Parotanidə qeydə alınıb.