04 noyabr 2024 12:42
144

Litvada bu şəxslər orduda xidmətdən AZAD OLUNACAQLAR

Litvanın Müdafiə Nazirliyi Rusiya, Belarus və ya Çin vətəndaşlığı olan ölkə sakinlərinin hərbi xidmətə qəbul edilməyəcəyinə dair qanun layihəsi hazırlayıb.

“İki sahil” xəbər verir ki, bu haqda BNS agentliyi xəbər yayıb.

Layihəyə əsasən,  bu ölkələrin vətəndaşlığını almış şəxslər hərbi xidmətdən azad olunacaqlar.

Müdafiə Nazirliyi bu addımı Rusiya, Belarus və Çinin Litvanın milli təhlükəsizliyinə təhdid olması ilə izah edib.

Litva hökuməti artıq hərbçilərə qeyri-iş məqsədi ilə bu ölkələrə səfər etməyi qadağan edib.