04 noyabr 2024 15:06
162

Dörd günlük iş həftəsi sınaqdan keçiriləcək - "Guardian"

Böyük Britaniyada dörd günlük iş həftəsinin tətbiqi ilə bağlı eksperiment aparılacaq. Bunda minlərlə işçi iştirak edəcək.

“İki sahil” Britaniyanın “The Guardian” qəzetinə istinadla xəbər verir ki, onlara maaşlarını itirmədən əlavə istirahət günləri təklif olunacaq.

Bu təcrübə hakim Leyboristlər Partiyası üçün ilk olacaq. Burada 17 müəssisə iştirak edəcək. Daha dörd müəssisə sonra qoşulacaq.