04 noyabr 2024 16:04
169

Kursk vilayəti Ukrayna Silahlı Qüvvələrindən təmizlənəcək - Putin

Rusiya prezidenti Vladimir Putin Kursk vilayətinin Ukrayna Silahlı Qüvvələrindən tam azad ediləcəyinə əmindir.

“İki sahil” TASS-a istinadla xəbər verir ki,  dövlət başçısının sözlərinə görə, bundan sonra bu ərazidə könüllülərin fəaliyyətinə böyük tələbat olacaq.

"İndi biz ərazini düşməndən təmizləyəndən sonra, sizin üçün də çox iş olacaq", - deyə, Putin Kursk vilayətindən olan "Vımpel" hərbi-vətənpərvərlik mərkəzinin fəallarına müraciət edib.