Mövlud Ocaqova Prezidentin fərdi təqaüdü verilib

15 sentyabr 2017 22:41
248

Prezident İlham Əliyev Mövlud Ocaqova Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdünün verilməsi haqqında sərəncam imzalayıb.

Sərəncamda qeyd olunur ki, Azərbaycanda musiqi sahəsində uzunmüddətli səmərəli fəaliyyətinə görə Mövlud Vəli oğlu Ocaqova Azərbaycan Prezidentinin fərdi təqaüdü verilsin.

Nazirlər Kabinetinə bu sərəncamdan irəli gələn məsələləri həll etmək tapşırılıb.