15 sentyabr 2017 16:49
273

Londonda metroda partlayış baş verib

Londonda metroda partlayış baş verib.

AZƏRTAC xarici KİV-ə istinadla xəbər verir ki, hadisə qatarlardan birində baş verib. Polis partlayış nəticəsində xəsarət alanların olduğunu bildirib.

London Təcili Tibbi Yardım Xidmətinin məlumatına görə, hadisə yerinə təcili yardım briqadaları göndərilib. Yaralananlar əsasən yanıq xəsarətləri ilə xəstəxanalara yerləşdiriliblər.

Metronun hadisə baş verən “Parsons-Qrin” stansiyasının ətrafı nəzarətə götürülüb. Məsələ ilə bağlı araşdırmalara başlanılıb.