17 oktyabr 2025 08:43
123

Avstraliya ordusunda "M113" zirehli transportyorların istifadəsi dayandırılıb

Avstraliya Müdafiə Qüvvələrinin "M113" zirehli transportyorlarından ibarət bölüyü təlim zamanı bir əsgərin ölümü ilə bağlı aparılan araşdırmaya görə xidmətdən çıxarılacaq.

“İki sahil” xəbər verir ki, bu barədə ölkənin baş nazirinin müavini və müdafiə naziri Riçard Marlz bildirib.

Onun sözlərinə görə, "M113" zirehli transportyorlarından istifadə iki əsgərin yaralanması və bir əsgərin ölümü ilə nəticələnən qəzanın səbəbləri araşdırılana qədər dayandırılacaq:

"Nə baş verdiyini anlayana qədər bu, ağlabatan addımdır. Vaxt keçdikcə onlar hazırda istehsalda olan və 2027-ci ildə Avstraliya Ordusuna təhvil veriləcək yeni "Redback" döyüş maşınları ilə əvəzlənəcək. Bununla belə, M113 bütün keçid dövründə xidmətini davam etdirəcək".