Türkiyənin xarici işlər naziri Hakan Fidan suriyalı həmkarı Əsəd Hasan Şeybani ilə telefon danışığında Suriyanın Hələb şəhərindəki son hadisələri müzakirə edib.
“İki sahil” xəbər verir ki, bu barədə Türkiyə Xarici İşlər Nazirliyi məlumat yayıb.
Qeyd edək ki, hakimiyyətin silahlıları ilə keçmiş PKK terror qruplaşmasının Suriyadakı "YPG" adlı qolu arasında Hələbdə atışma gedir.
Ötən gün isə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Suriya Prezidenti Əhməd əş-Şaraa ilə telefon danışığında ölkədəki vəziyyəti müzakirə etmişdi.
ABŞ Ali Məhkəməsinin hakimləri 2019-cu ildən bəri ilk dəfə Konqresdə ifadə veriblər
Britaniyada yeniyetmələr üçün sosial şəbəkələrdə "komendant saatı" tətbiq ediləcək