ABŞ Dövlət Departamentinin nümayəndə heyəti yanvarın 9-da Prezident Nikolas Maduronun kənarlaşdırılmasından sonra ilk dəfə Venesuelaya səfər edib.
“İki sahil” xəbər verir ki, bu barədə CNN telekanalı ABŞ rəsmisinə istinadla məlumat yayıb.
Mövcud məlumatlara görə, ABŞ Dövlət Departamentinə məxsus "Dash 8-300" təyyarəsi Karakasda eniş edib. Səfər ABŞ-nin Karakasdakı səfirliyinin fəaliyyətini bərpa etmək niyyəti fonunda baş tutub.
Mənbə ABŞ-nin Kolumbiyada yerləşən Venesuela Məsələləri İdarəsinin əməkdaşlarının, həmçinin ABŞ-nin Kolumbiyadakı səlahiyyətli səfiri Con Maknamaranın Karakasa səfirliyin mərhələli bərpası imkanlarının ilkin qiymətləndirilməsi məqsədilə gəldiklərini vurğulayıb.
ABŞ Ali Məhkəməsinin hakimləri 2019-cu ildən bəri ilk dəfə Konqresdə ifadə veriblər
Britaniyada yeniyetmələr üçün sosial şəbəkələrdə "komendant saatı" tətbiq ediləcək