Rusiyanın pilotsuz uçuş aparatları (PUA) Odessa limanı yaxınlığında Komor adalarının bayrağı altında soya yükü daşıyan gəmini vurub, Suriya vətəndaşı olan ekipaj üzvü ölüb.
“İki sahil” xəbər verir ki, bu barədə Ukrayna Baş nazirinin müavini Aleksey Kuleba öz teleqram kanalında məlumat paylaşıb.
Onun sözlərinə görə, hadisə yerinə xilasetmə bölmələri göndərilib.
Kuleba həmçinin qeyd edib ki, Rusiyanın hücum dronu taxıl yükü ilə Çernomorsk limanına gedən Sent-Kits və Nevis bayrağı altındakı daha bir gəmiyə də zərbələr endirib. Hazırda gəminin ən yaxın limana doğru hərəkətdə olduğu bildirilib.
ABŞ Ali Məhkəməsinin hakimləri 2019-cu ildən bəri ilk dəfə Konqresdə ifadə veriblər
Britaniyada yeniyetmələr üçün sosial şəbəkələrdə "komendant saatı" tətbiq ediləcək