İranın Kirmanşah əyalətində və ehtimal ki, digər bölgələrdə etirazları yatırmaq üçün SEPAH-ın quru qüvvələrindən istifadə olunub.
“İki sahil” xəbər verir ki, bu barədə ABŞ-nin Müharibə Tədqiqatları İnstitutunun ("Institute for the Study of War" - ISW) hesabatında üeyd olunub.
Bu, 22 yaşlı gənc Məhsa Əmini ilə bağlı etirazlardan sonra nadir baş verən hadisədir.
Eyni zamanda, insan haqları təşkilatları bəzi təhlükəsizlik qüvvələrinin etirazçılara atəş açmaqdan imtina etdiyini bildirir.
İranın bəzi "Telegram" kanalında yayılan məlumata görə, İranın Ali Milli Təhlükəsizlik Şurası təxribat aktlarının qarşısını alacağını bildirib.
ABŞ Ali Məhkəməsinin hakimləri 2019-cu ildən bəri ilk dəfə Konqresdə ifadə veriblər
Britaniyada yeniyetmələr üçün sosial şəbəkələrdə "komendant saatı" tətbiq ediləcək