Avropa İttifaqına (Aİ) üzv ölkələr bütün qitədə fermerlərin etiraz etdiyi Cənubi Amerikanın MERCOSUR bloku ilə azad ticarət sazişinin imzalanmasına səs verib.
“İki sahil” xəbər verir ki, bu barədə Aİ Şurasında Kiprin nümayəndəsi jurnalistlərə bildirib.
"Aİ ölkələri sazişin imzalanmasını təsdiqləyiblər", - o deyib.
Səsvermə yerli vaxtla 08:00-dan 16:00-dək (Bakı vaxtı ilə 11:00-dan 19:00-dək) davam edən yazılı prosedur vasitəsilə həyata keçirilib.
Daha əvvəl məlumat verilib ki, Aİ ölkələrinin diplomatik nümayəndəliklərinin rəhbərləri MERCOSUR ilə azad ticarət sazişini dəstəkləyiblər.
ABŞ Ali Məhkəməsinin hakimləri 2019-cu ildən bəri ilk dəfə Konqresdə ifadə veriblər
Britaniyada yeniyetmələr üçün sosial şəbəkələrdə "komendant saatı" tətbiq ediləcək