22 yanvar 2026 10:36
97

Beş nəfər dəm qazından zəhərlənib, ölən var

Yevlax şəhərində beş nəfər dəm qazından zəhərlənib.

“İki sahil” xəbər verir ki, zəhərlənən şəxslərdən 1959-cu il təvəllüdlü Məhəmməd İsmayılov vəfat edib.

Digər dörd nəfərin müalicəsi xəstəxanada davam etdirilir.

Faktla bağlı rayon prokurorluğunda araşdırma aparılır.