Birləşmiş Ərəb Əmirliklərinin Prezidenti Şeyx Məhəmməd bin Zayed Al Nəhyan ölkəsinin siyasi, iqtisadi və sosial inkişafında mühüm rol oynayan liderlərdən biridir. O, BƏƏ-nin banisi və atası Şeyx Zayed bin Sultan Al Nəhyan tərəfindən əsası qoyulmuş inkişaf, tərəqqi və davamlı müasirləşmə siyasətini uğurla davam etdirir və yeni dövrün tələblərinə uyğun şəkildə təkmilləşdirir.
Şeyx Zayedin dövlətçilik konsepsiyasının əsasını milli birlik, sosial rifah və insan amilinə verilən yüksək dəyər təşkil edirdi. Şeyx Məhəmməd bin Zayed bu prinsipləri qoruyaraq, onları innovasiya, müasir texnologiyalar və strateji idarəetmə mexanizmləri ilə zənginləşdirir. Onun rəhbərliyi altında BƏƏ regional və qlobal miqyasda sürətli inkişaf edən, sabit və nüfuzlu dövlətə çevrilmişdir.
Prezidentin siyasətində təhsil və elmin inkişafı xüsusi yer tutur. Gənc nəslin bilikli, savadlı və rəqabətqabiliyyətli yetişdirilməsi dövlətin uzunmüddətli inkişaf strategiyasının əsas istiqamətlərindən biridir. Eyni zamanda, səhiyyə sisteminin təkmilləşdirilməsi və əhalinin sosial müdafiəsinin gücləndirilməsi cəmiyyətin rifah səviyyəsinin yüksəldilməsinə xidmət edir. Gənclərin bilik və bacarıqlarının artırılması, qadınların cəmiyyətdə rolunun gücləndirilməsi və sosial bərabərliyin təmin olunması dövlət siyasətinin əsas istiqamətlərindəndir. Bu yanaşma Şeyx Zayedin “dövlətin ən böyük sərvəti insanıdır” prinsipinin davamı kimi qiymətləndirilə bilər.Prezidentin fəaliyyətində təhsilin inkişafına xüsusi diqqət yetirilir. Məktəblərin və universitetlərin səviyyəsinin yüksəldilməsi, gənclərin bilikli və savadlı yetişdirilməsi dövlət siyasətinin əsas istiqamətlərindəndir. Eyni zamanda, iqdisadiyyat sisteminin yaxşılaşdırılması və əhalinin sosial müdafiəsinin gücləndirilməsi insanların həyat səviyyəsinin artmasına səbəb olmuşdur.
Şeyx Məhəmməd bin Zayed həmçinin ətraf mühitin qorunmasına önəm verir. Bərpa olunan enerji layihələrinin həyata keçirilməsi və təbiətin mühafizəsi ölkənin davamlı inkişafını təmin edir. Bu siyasət gələcək nəsillərin sağlam mühitdə yaşamasına xidmət edir. Şeyx Məhəmməd bin Zayedin həyata keçirdiyi davamlı müasirləşmə siyasəti ekoloji tarazlığın qorunmasını da əhatə edir.
Şeyx Məhəmməd bin Zayed ənənə ilə müasirliyi qarşı-qarşıya qoymur, əksinə, onları bir-birini tamamlayan dəyərlər kimi təqdim edir. Milli-mənəvi dəyərlərin qorunması ilə qlobal inteqrasiyanın uzlaşdırılması BƏƏ-nin beynəlxalq nüfuzunu daha da artırmışdır. Bu yanaşma ölkənin həm regional, həm də qlobal səviyyədə etibarlı tərəfdaş kimi tanınmasına şərait yaratmışdır.
Nəticə olaraq qeyd etmək olar ki, Şeyx Məhəmməd bin Zayed Al Nəhyan atasının müəyyən etdiyi siyasi kursu qoruyub saxlayaraq, onu müasir dövrün çağırışlarına uyğun şəkildə davam etdirir. Bu siyasət Birləşmiş Ərəb Əmirliklərinin dayanıqlı inkişafını, beynəlxalq nüfuzunun artmasını və cəmiyyətin rifahının yüksəlməsini təmin edir.
Aygün Muradxanova,
Bakı şəhəri, 191 nömrəli tam orta ümumtəhsil məktəbinin Tarix müəllimi