Tapşırıqlar nazirin müvafiq əmri ilə təsdiq edilən münsiflər heyəti tərəfindən hazırlanır və müvafiq proqram əvvəlcədən ictimaiyyətə təqdim olunur. Eyni zamanda, rəsmi izahlarda açıq şəkildə qeyd edilir ki, RFO proqramı yalnız məktəb proqramı ilə məhdudlaşmır. Bu yanaşma kurikulum baza xəttini qorumaqla yanaşı, olimpiada formatına uyğun olaraq analitik təfəkkür, məntiqi əlaqələndirmə, yaradıcı tətbiq və qeyri-standart problem həlli bacarıqlarının yoxlanmasına imkan yaradır.
Bu fikirləri Azərbaycan Respublikasının Təhsil İnstitutu (ARTİ) Xüsusi İstedadlı Uşaqlarla İşin Təşkili şöbəsinin müdiri Tural Alışov “İki sahil” qəzetinə müsahibəsində diqqətə çatdırıb.
O, əlavə edib ki, informatika fənnində avtomatik qiymətləndirmə sistemi, çoxsaylı həll cəhdlərinin yoxlanılması və nəticələrin operativ elan olunması məhz tətbiqi düşünmə və alqoritmik yanaşmanın ölçülməsinə xidmət edir. Humanitar fənlər üzrə səbəb-nəticə əlaqələrinin qurma bacarıqları, oxuyub-anlama qabiliyyəti kimi səriştələrin də ölçülməsini missal göstərə bilərik. Bu mənada, RFO tapşırıqları kurikulumun üzərində qurulan, lakin onu daha yüksək idrak səviyyəsinə daşıyan seçmə aləti funksiyasını yerinə yetirir.
Yaqut Ağaşahqızı, “İki sahil”