13 iyun 2026 17:37
84

Naxçıvanda 3698 şagird məzun olub

Naxçıvan Muxtar Respublikası Təhsil Nazirliyinin tabeliyində fəaliyyət göstərən ümumi təhsil məktəblərinin I siniflərini 3747, IX siniflərini 4588, XI siniflərini isə 3698 şagird bitirib.

İyunun 13-də muxtar tespublikanın təhsil müəssisələrində “Son zəng” tədbirləri keçirilib.

Naxçıvan Muxtar Respublikasının təhsil naziri Elxan Nəcəfov, Azərbaycan Milli Elmlər Akademiyasının Naxçıvan Bölməsinin sədri, akademik İsmayıl Hacıyev, Naxçıvan Şəhər İcra Hakimiyyəti başçısının müavini Əhməd Vəliyev Heydər Əliyev adına tam orta məktəbdə keçirilən “Son zəng” tədbirində iştirak ediblər.

Tədbir Dövlət Himninin səsləndirilməsi və şəhidlərin əziz xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlayıb.

Naxçıvan Muxtar Respublikasının təhsil naziri Elxan Nəcəfov, Azərbaycan Milli Elmlər Akademiyasının Naxçıvan Bölməsinin sədri İsmayıl Hacıyev, şəhid Raqib Hüseynovun anası Rəna Hüseynova məzunları, müəllimləri və məzunların valideynlərini təbrik edərək, onlara gələcək fəaliyyətlərində uğurlar arzulayıblar.

Sonra şagirdlərin hazırladıqları ədəbi-bədii kompozisiyalar, musiqi və rəqs nömrələri təqdim olunub.

AZƏRTAC