16 iyun 2026 12:05
72

Yanvar-may aylarında pensiyalara 308 milyon manat çox olmaqla 3 milyard 262 milyon manat vəsait yönəldilib

Bu ilin 5 ayında pensiya ödənişlərinə ötən ilin müvafiq dövrünə nisbətən 10 faiz (308 milyon manat) çox olmaqla 3 milyard 262 milyon manat vəsait yönəldilib. “İki sahil” xəbər verir ki, cari ilin əvvəlindən pensiyalar 9,3 faiz indeksləşdirilərək artırılıb.  1 iyun 2026-cı il tarixə pensiyaların orta aylıq məbləği ötən ilin müvafiq dövrünə nisbətən 10 faiz artaraq 594 manata, o cümlədən yaşa görə orta aylıq pensiyanın məbləği 632 manata çatıb. Yanvar-may aylarında 19 min, elektron pensiya təyinatına başlandığı 2019-cu ilin əvvəlindən isə 197 min pensiya təyinatı e-sistem üzərindən proaktiv qaydada həyata keçirilib.