17 iyun 2026 13:05
143

Abşeron çimərliklərində hava necə olacaq?

Abşeron çimərliklərində gözlənilən hava şəraiti açıqlanıb.

“İki sahil” xəbər verir ki,  Milli Hidrometeorologiya Xidmətindən verilən məlumata görə, iyunun 18-də şimal-qərb küləyi əsəcək, gündüz cənub-şərq küləyi ilə əvəzlənəcək.

Dəniz suyunun temperaturu şimal çimərliklərində - Sumqayıt, Novxanı, Pirşağı, Nardaran, Bilgəh, Zağulbada 21-22, cənub çimərliklərində - Türkan, Hövsan, Sahil, Şıxda 23-24 dərəcə isti olacaq.