21 avqust 2026 17:37
87

Son aylarda daha 20-dək qazi əvvəlki sağlamlığına qovuşub

Son aylarda müharibə ilə əlaqədar əlilliyi olan şəxslərdən daha 20-dək şəxsin reabilitasiya potensiallarının reallaşdırılmasına nail olunub.

“İki sahil” xəbər verir ki, bu barədə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi məlumat yayıb.

Bildirilib ki, Vətən müharibəsindən sonrakı dövrdə qazilərimizdən 320-dək şəxs reabilitasiya olunaraq əvvəlki sağlamlıqlarına qovuşub və əlilliklərini geridə qoyublar.

Hazırda digər qazilərin reabilitasiyası istiqamətində işlər davam etdirilir.