21 avqust 2026 19:10
115

Nəqliyyat və infrastruktur üzrə 62 yeni dövlət standartı layihəsi qəbul edilib

“Nəqliyyat və nəqliyyat infrastrukturu” standartlaşdırma üzrə Texniki Komitənin (AZSTAND/TK 43) təqdimatı əsasında 62 yeni dövlət standartı layihəsi qəbul olunub.

“İki sahil” xəbər verir ki,  Azərbaycan Respublikasının Prezidenti yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyinin tabeliyində olan Azərbaycan Standartlaşdırma İnstitutundan (AZSTAND) bildirilib ki, “Nəqliyyat və nəqliyyat infrastrukturu” standartlaşdırma üzrə Texniki Komitənin növbəti iclasında Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi, Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi, Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi, Azərbaycan Respublikasının Dövlət Dəniz və Liman Agentliyi, Bakı Şəhər İcra Hakimiyyəti, Milli Müdafiə Universiteti, Azərbaycan Texniki Universiteti, Mülki Aviasiyada Uçuşların Təhlükəsizliyi üzrə Dövlət Müfəttişliyi, “Bakı Beynəlxalq Dəniz Ticarət Limanı” QSC, “Azərbaycan Dəmir Yolları” QSC, “Bakı Metropoliteni” QSC, “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC və Nəqliyyat Ekspeditor Şirkətləri Assosiasiyası İctimai Birliyinin nümayəndələri iştirak ediblər.

İclasda Texniki Komitənin 2026-cı il üzrə Fəaliyyət Planına uyğun olaraq “Avtomobil yollarının təhlükəsizliyi haqqında” və “Dəmiryol nəqliyyatı infrastrukturunun təhlükəsizliyi haqqında” texniki reqlamentlərin əsas tələblərinin təmin edilməsi məqsədilə istinad standartları kimi istifadə edilməsi nəzərdə tutulan 62 yeni dövlət standartı layihəsi “Nəqliyyat və nəqliyyat infrastrukturu” standartlaşdırma üzrə Texniki Komitənin (AZSTAND/TK 43) təqdimatı əsasında qəbul olunub və Standartlaşdırma üzrə normativ sənədlərin Dövlət Fonduna daxil edilib.

Qeyd edək ki, AZSTAND/TK 43 nəqliyyat sahəsində standartlaşdırma fəaliyyətinin təşkili, müvafiq standartların hazırlanması və beynəlxalq təcrübənin tətbiqinin təmin edilməsi məqsədilə Azərbaycan Respublikasının Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin bazasında yaradılıb.