07 oktyabr 2026 14:21
160

Ərdoğan CHP-dən istefa verən bələdiyyə sədrinə AK Partinin nişanını təqdim edib

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Cümhuriyyət Xalq Partiyasından (CHP) istefa verən İzmir Böyükşəhər Bələdiyyəsinin sədri Cemil Tugaya Ədalət və İnkişaf Partiyasının (AK Parti) nişanını təqdim edib.

“İki sahil” xəbər verir ki, nişan partiyanın millət vəkillərinin toplantısında təqdim olunub.

Ərdoğan çıxışı zamanı ona AK Partidə uğurlar arzulayıb.

Xatırladaq ki, Cemil Tugay bu ilin yayında CHP-dən istefa etdiyini bildirmişdi.