19 oktyabr 2026 12:33
114

NATO ölkələri Rusiya ilə münaqişə ehtimalı fonunda silah ehtiyaclarını müzakirə edəcək

NATO ölkələri Rusiya ilə münaqişə yaranacağı təqdirdə silah və hərbi texnika ehtiyaclarını qiymətləndirmək üçün oktyabrın sonuna qədər danışıqlar aparmağı planlaşdırır.

“İki sahil” xəbər verir ki, bu barədə "Politico" nəşri mənbələrə istinadla məlumat yayıb.

Məlumata görə, bu danışıqlarda 2029-cu il üçün hədəf göstəriciləri müəyyən ediləcək və bu göstəricilərə əsasən alyansın hər bir üzv ölkəsi müəyyən olunmuş hərbi qüvvə və vasitələri təmin etməli olacaq.

Nəşr həmçinin yazır ki, görüş zamanı beş əsas mövzu müzakirə ediləcək. Ən mühüm məsələ ölkələrin nə qədər resurs ayırmağa hazır olduqlarını müəyyənləşdirməkdir. Bundan əlavə, nüvə silahına malik ölkələrə adi hərbi yardımın göstərilməsi məsələsi də müzakirə oluna bilər. İkinci mövzu ABŞ-ın hərbi köməyinin əvəzlənməsi olacaq; bu çərçivədə alternativlərin axtarışının kifayət qədər gərgin keçəcəyi bildirilir.

Üçüncü mövzu alyansın cənub və cənub-şərq cinahlarına daha çox diqqət yetirilməsi ilə bağlıdır. Daha sonra ölkələr pilotsuz uçuş aparatlarının (PUA) istehsalının artırılmasını və onların ənənəvi silahlarla gələcək mütənasibliyini müzakirə etməyi planlaşdırırlar. Sonuncu mövzunun isə Ukrayna ilə daha sıx əməkdaşlıq məsələsi olacağı gözlənilir.