19 oktyabr 2026 12:47
99

İğtişaşlar səbəbindən Marseldə kütləvi tədbirlər qadağan edildi

Marsel şəhər rəhbərliyi oktyabrın 19-u axşam saatlarınadək kütləvi toplaşmaların və nümayişlərin keçirilməsinə qadağa qoyulması barədə qərar qəbul edib.

“İki sahil” xəbər verir ki, bu barədə "Reuters" agentliyi məlumat yayıb.

Müvafiq sərəncam ötən istirahət günlərində şəhəri bürüyən şiddətli etirazlar və talanlardan sonra yerli administrasiya tərəfindən verilib. Qadağa yerli vaxtla saat 20:00-dək qüvvədədir.

Daha əvvəl "Agence France-Presse" Buş-dü-Ron departamentinin polis prefekturasına istinadən bildirmişdi ki, oktyabrın 17-də baş verən iğtişaşlar zamanı Marseldə talançıların sayı 30 min nəfərə çatıb.