19 oktyabr 2026 12:35
108

Nümayişçilər Luvr muzeyinə girişi bağlayıblar

Luvr muzeyinin yaxınlığında etiraz aksiyası keçirilir, muzeyə giriş bloklanıb.

“İki sahil” xəbər verir ki, bu barədə "Agence France-Presse" muzey rəhbərliyinə və həmkarlar ittifaqlarına istinadla məlumat yayıb.

Agentliyin məlumatına görə, söhbət liseyslərə dəstək nümayişindən gedir.

Yuxarı sinif şagirdlərinin etiraz aksiyaları sentyabrın sonlarında paytaxtın İl-de-Frans regionunda başlayıb və hazırda bütün Fransanı əhatə edib. Aksiyanın iştirakçıları həddindən artıq sıx dərs cədvəlinə, müəllim çatışmazlığına və təhsil sistemindəki digər problemlərə qarşı çıxış edirlər. Bəzi yerlərdə nümayişlər iğtişaşlara və polislə toqquşmalara çevrilib.