19 oktyabr 2026 12:38
112

Bessent üç dəfə Kiyevi ABŞ-ın müttəfiqi adlandırmaqdan imtina edib

ABŞ-ın Maliyyə Naziri Skott Bessent Birləşmiş Ştatların Kiyevi öz müttəfiqi hesab edib-etmədiyi ilə bağlı suala birbaşa cavab verməkdən üç dəfə yayınıb.

“İki sahil” xəbər verir ki, bu barədə Amerika "NBC News" telekanalı nazirin "Meet the Press" proqramına verdiyi müsahibənin nəticələrinə istinadla məlumat yayıb.

Bessent vurğulayıb ki, ABŞ Kiyevə üç müxtəlif növ dəstək göstərir: kəşfiyyat məlumatlarını ötürür, "Starlink" sisteminə çıxış təmin edir və NATO ölkələrinin Ukrayna Silahlı Qüvvələri üçün Amerika silahlarını satın almasına şərait yaradır.

Bununla belə, nazir ABŞ administrasiyasının Ukraynanı müttəfiq hesab edib-etmədiyi sualına birmənalı cavab verə bilməyib.

"Biz Ukraynaya üç müxtəlif növ kömək göstəririk və müttəfiq üçün məhz bunu edirsiniz. Biz bunu Rusiyaya vermirik", — deyə Bessent bildirib.