18 oktyabr 2017 15:09
430

Əhalinin banklardakı milli valyutada olan əmanətləri 31,7 faiz artıb

Mərkəzi Bankın məlumatına görə, sentyabrın 1-nə əhalinin banklardakı əmanətlərinin milli valyuta ekvivalentində məbləği 6895,5 milyon manat təşkil edib.

Dövlət Statistika Komitəsindən AZƏRTAC-a bildiriblər ki, əmanətlərin 72,2 faizi xarici, 27,8 faizi isə milli valyutada qoyulub. Milli valyutada olan əmanətlər əvvəlki ilin müvafiq dövrünə nisbətən 31,7 faiz artıb, xarici valyutada əmanətlər isə 23,1 faiz azalıb.

Sentyabr ayında milli valyutanın 1 ABŞ dollarına nisbətdə orta məzənnəsi 1,70 (ilin əvvəlindən 1,73) manata, 1 avroya-2,03 manata (1,92), 100 rus rubluna 2,95 manata (2,97) bərabər olub.