19 oktyabr 2017 17:53
473

“Buta Airways” Sofiyaya aviabiletlərin satışına başlayıb

“Buta Airways” aviaşirkəti Bolqarıstanın paytaxtı Sofiyaya aviabiletlərin satışına başlayıb.

AZƏRTAC aviaşirkətə istinadla xəbər verir ki, ilk reys 2018-ci il yanvarın 16-da həyata keçiriləcək. Aviabiletlərin minimal qiyməti digər istiqamətlərə olduğu kimi 29 avrodan başlayır.