19 oktyabr 2017 19:16
720

Cəmil Məlikov: 50 meqavatlıq Yeni Yaşma Külək Parkı ABOEMDA-nın balansına verilib

Layihə gücü 50 meqavat olan Xızı rayonundakı Yeni Yaşma Külək Parkı Alternativ və Bərpa Olunan Enerji Mənbələri üzrə Dövlət Agentliyinin (ABOEMDA) balansına verilib.

AZƏRTAC xəbər verir ki, bu barədə jurnalistlərə müsahibəsində ABOEMDA-nın sədr müavini Cəmil Məlikov deyib.

O qeyd edib ki, artıq ABOEMDA bu qurğuların istismarına başlayıb. Yaxın zamanlarda külək parkındakı turbinlərin sayı artırılacaq. Bu da Azərbaycanda külək elektrik stansiyalarında istehsal edilən elektrik enerjisinin həcminin artmasına səbəb olacaq.