Azərbaycanda Körfəz Ərəb Dövlətləri Əməkdaşlıq Şurasına üzv ölkələrinin 280 şirkəti fəaliyyət göstərir.
AZƏRTAC xəbər verir ki, bu barədə iqtisadiyyat naziri Şahin Mustafayev oktyabrın 20-də Bakıda keçirilən Azərbaycan-Körfəz Ərəb Dövlətləri Əməkdaşlıq Şurasına üzv ölkələrinin biznes-forumunda deyib.
Nazir qeyd edib ki, bu ilin 8 ayında ölkələrimiz arasında ticarət dövriyyəsi 40 milyon dollardan çox təşkil edib. Şuraya üzv ölkələr Azərbaycan iqtisadiyyatına 1,3 milyard dollar, Azərbaycan tərəfindən bu ölkələrə isə 300 milyon dollar investisiya yatırılıb.