İslam İnkişaf Bankı Azərbaycan ilə Körfəz ərəb ölkələri arasındakı biznes layihələrini maliyyələşdirə bilər.
AZƏRTAC xəbər verir ki, bu təkliflə Körfəz Ərəb Dövlətlərinin Əməkdaşlıq Şurasının Ticarət Palatalar Federasiyasının baş katibi Abdulrahim Hasan Naqi çıxış edib.
O bildirib ki, İslam İnkişaf Bankı Azərbaycanla Körfəz ölkələri arasındakı layihələrə investisiya yatırmaq gücündədir.