Azərbaycan və Körfəz ərəb ölkələri arasında İnvestisiya Fondunun yaradılması ilə bağlı danışıqlar aparılır.
AZƏRTAC xəbər verir ki, bu barədə iqtisadiyyat naziri Şahin Mustafayev deyib.
O bildirib ki, hazırda bununla bağlı Azərbaycanla Qətər arasında danışıqlar aparılır.
Körfəz Ərəb Dövlətlərinin Əməkdaşlıq Şurasının Ticarət Palatalar Federasiyasının baş katibi Abdulrahim Hasan Naqi də Azərbaycan və Körfəz ərəb ölkələri arasında İnvestisiya Fondunun yaradılmasının uğurlu təklif olduğunu söyləyib.