Bu ilin ilk doqquz ayında Azərbaycandan 812 milyon 338 min kilovat/saat elektrik enerjisi ixrac olunub.
Dövlət Gömrük Komitəsindən (DGK) AZƏRTAC-a verilən məlumata görə, yanvar-sentyabr aylarında elektrik enerjisi ixracı 2016-cı ilin analoji dövrü - 292 milyon 728 min kilovat/saat ilə müqayisədə 3 dəfəyədək artıb. Hesabat dövründə ixrac olunan elektrik enerjisinin dəyəri isə 36 milyon 232 min ABŞ dolları təşkil edib.