2017-ci ilin yanvar-sentyabr aylarında pərakəndə ticarət dövriyyəsi 2016-cı ilin eyni dövrünə nisbətən müqayisəli qiymətlərlə 2,1 faiz artaraq 24,8 milyard manat olub.
Dövlət Statistika Komitəsindən AZƏRTAC-a bildirilib ki, istehlak məhsullarının 99,9 faizi qeyri-dövlət təsərrüfat subyektləri, o cümlədən 11,9 faizi ticarət müəssisələri tərəfindən satılıb.
Hesabat dövründə pərakəndə ticarət şəbəkəsindən bir istehlakçı orta hesabla ayda 283,4 manatlıq və ya 2016-cı ilin eyni dövrü ilə müqayisədə 40,0 manat çox əmtəə alıb.